Şəkilləriniz telefonda yox, rəfdə dursun.
Qabığında adınız, içində ən sevdiyiniz anlar. Albomu telefondan özünüz yığırsınız, biz çap edib qapınıza çatdırırıq.
Yığmaq pulsuzdur, qeydiyyat lazım deyil.
Uşaq albomu
Hər yaşa bir cild: qabıqda uşağın adı və yaşı. İllər keçdikcə rəfdə rəngli bir seriya yığılır.
Səyahət albomu
Hər səfərə bir kitab: qabıqda şəhərin adı və ili. Qayıdandan sonra şəkillər telefonda unudulmasın.
Toy və nişan albomu
Qabıqda adlarınız və o günün tarixi. İllər sonra birlikdə vərəqləmək üçün.
Ev heyvanı albomu
Onun bir şəklini yükləyin, ondan bir neçə portret hazırlanır. Qabığa ən çox xoşunuza gələni seçirsiniz.
Qabığı indi sınayın
Adı yazın, rəngi və rəsmi seçin. Albomu açanda seçiminiz orada olacaq.
Redaktorda daha çox rəsm var.
Albomu necə yığırsınız
Hər şey telefonda, bir linkdə. İstədiyiniz vaxt dayanıb sonra davam edə bilərsiniz.
1Şəkilləri seçin
Telefonun qalereyasından birbaşa. Tarixə görə sıralanır, bir düymə ilə səhifələrə düzülür.
2Qabığı hazırlayın
Ad, yaş, rəng və rəsm. Nəticəni elə orada görürsünüz.
3Səhifələri düzün
Hazır tərtiblərdən seçin, şəkli kadrlayın, altına yazı əlavə edin.
4Göndərin
Hazır olanda bir düymə. Biz albomu yoxlayıb Instagram-dan sizə yazırıq.
Suallar
Albom hansı ölçüdədir?
A4 ölçüsündə, bərk karton cilddə. Səhifələr qalın kağızdandır.
Neçə səhifə və neçə şəkil olur?
Albom 36 səhifədir, istəsəniz 96 səhifəyə qədər artırmaq olar. Bir səhifədə ən çox 6, bütün albomda 200 şəkil ola bilər.
Çatdırılma nə qədər çəkir?
Albomu göndərdikdən sonra 2–7 gün ərzində əlinizdə olur. Bakıya və bütün rayonlara çatdırırıq.
Qiyməti neçəyədir?
Qiymət səhifə sayından asılıdır. Albomu göndərəndən sonra Instagram-da yazıb dəqiq məbləği deyirik. Yığmaq pulsuzdur və sizi heç nəyə məcbur etmir.
Ödəniş necə olur?
Yarısı sifarişi təsdiqləyəndə, qalan yarısı albom əlinizə çatanda. Saytda kart məlumatı istənilmir.
Yarımçıq qoyub sonra davam edə bilərəm?
Bəli. Etdiyiniz hər dəyişiklik özü yadda qalır. Saytı eyni telefondan açanda yuxarıda «Albomunuza davam edin» görünəcək. Linki itirsəniz, Instagram-da yazın.
Göndərdikdən sonra nəsə dəyişə bilərəm?
Bəli, albom çapa gedənə qədər. Eyni linki açın, düzəliş edin və yenidən göndərin.
Şəkillərim çapda yaxşı çıxacaq?
Redaktor hər şəkli yoxlayır və çap üçün kiçik olanı nişanla göstərir. Şəkilləri WhatsApp-dan yox, telefonun qalereyasından seçin — WhatsApp şəkilləri sıxır.
Şəkillərimi kim görür?
Albomunuz yalnız sizə verilən linkdə açılır. Şəkillərinizi icazəniz olmadan heç yerdə paylaşmırıq.
Ev heyvanının portreti necə hazırlanır?
Heyvanınızın üzü aydın görünən bir şəklini yükləyin. Ondan bir neçə üslubda portret hazırlanır — studiya fotosu, rəsm, illüstrasiya. Qabığa birini seçirsiniz.
Ən sevdiyiniz şəkillər hələ də telefondadır?
Yığmaq pulsuzdur · Qeydiyyat yoxdur · İstədiyiniz vaxt davam edin